ABŞ-ın “Pantone” tədqiqat institutu 2020-ci ilin əsas rəngini seçib.

Open.az xəbər verir ki, bu ada klassik göy rəngi layiq görülüb.

Məlumatda qeyd olunur ki, bu rəng ölümsüz və sakit çalardır, alatoran səma haqqında düşüncələr sövq edir.

Qeyd edək ki, “Pantone” institutu 2000-ci ildə ilin rəngini seçir.

2019-cu ildə bu ada “canlı mərcan” rəngi layiq görülmüşdü.