Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə 2020-ci ildə QHT-layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan edib:

Open.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası (bundan sonra – Şura) Azərbaycan Respublikası Mədəniyət Nazirliyi (bundan sonra – Nazirlik) ilə birgə keçirdiyi qrant müsabiqəsində (bundan sonra

  • müsabiqə) Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş və müvafiq mövzu üzrə ixtisaslaşmış QHT-ləri iştirak etməyə dəvət edir.

Şura və Nazirlik “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı mövzular üzrə layihələri qəbul edir:

SN

Müsabiqə mövzusunun adı

Bir layihə üçün maksimum məbləğ

Maliyyələşməsi nəzərdə tutulan layihə sayı

1

Mədəniyyət sahəsində müasir informasiya texnologiyalarının tətbiqinə dair

təşəbbüslər

8000 (səkkiz min) manatadək

4-dək layihə

2

Regionlarda mədəniyyətin inkişafına dair

təşəbbüslər

8000 (səkkiz min) manatadək

4-dək layihə

3

Muzeylər, kitab işi və xalq yaradıcılığının inkişafına dair təşəbbüslər

8000 (səkkiz min) manatadək

4-dək layihə

Müsabiqədə iştirak edən QHT irəli sürdüyü problemin həlli ilə bağlı müvafiq sahələr üzrə zəruri potensiala malik işçi (ekspert) heyətinə malik olmalıdır.

Layihələrin müddəti

Layihələrin müddəti 2 aydan 8 ayadək ola bilər.

Müsabiqə fondu və maliyyələşəcək layihələrin sayı

  • Müsabiqə fondu 100000 (yüz min) manat təşkil edir.
  • 12-dək layihənin maliyyələşməsi nəzərdə tutulur.

Qeyd:

  • 2019-cu il yanvarın 1-dən sonra dövlət qeydiyyatından keçmiş QHT-lər 3000 (üç min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri ilə müraciət edə bilər.

Müsabiqə mərhələləri

Müsabiqə üzrə QHT və layihə sənədlərinin qəbulu 20 noyabr 2019-cu ildən elektron qaydada həyata keçirilir. Müsabiqə prosesi 4 mərhələ üzrə aparılır:

  • 1-ci mərhələ - QHT və layihə sənədlərinin qəbulu;

Bu mərhələ 20 noyabr–16 dekabr 2019-cu il tarixlərini əhatə edir.

  • 2-ci mərhələ - QHT və layihə sənədlərinin texniki seleksiyası;

Bu mərhələ 20 noyabr– 26 dekabr 2019-cu il tarixlərini əhatə edir. Təqdim olunan QHT və layihə sənədləri araşdırılır və layihənin qeydə alınıb-alınmaması barədə QHT- yə elektron bildiriş göndərilir.

  • 3-cü mərhələ - Qeydə alınmış layihələrin vətəndaşlar və ekspertlər tərəfindən qiymətləndirilməsi;

Bu mərhələ 27 dekabr 2019-cu il - 27 yanvar 2020-ci il tarixlərini əhatə edir. Bu mərhələdə qeydə alınmış layihələr Şuranın e-vətəndaş proqramı vasitəsilə vətəndaşlar və e-ekspertiza proqramı vasitəsilə ekspertlər tərəfindən elektron qaydada qiymətləndirilir.

  • 4-cü mərhələ - Şurada müzakirə və qaliblərin elan edilməsi;
    Müsabiqənin nəticələri barədə məlumatlar 2020-ci il fevral ayının 10-dan sonra Şuranın rəsmi saytında və digər internet resurslarında yerləşdiriləcək.

Əlavə məlumat:

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 26 noyabr 2019-cu il, saat 11:00-da Azərbaycan Milli Kitabxanasının inzibati binasında (Bakı şəhəri, Xaqani küçəsi 31) keçiriləcək.