"Pantone" Rəng İnstitutu 2019-cu ilin trend rəngini müəyyənləşdirib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, hər il bir rəngi ön plana çıxararaq modaya liderlik edən "Pantone" 2019-cu il üçün "Mərcan" (Livin Coral) rəngini seçib.

2019-cu ildə bu rəng dəbdə olacaq

Yumşaq və enerji verən bir rəng olan "Mərcan" rənginin on iki növü vardır. Bunlardan çəhrayı və narıncı çalarları və zəngin qırmızı-portağalı ən çox yayılanıdır.

"Pantone" mütəxəssisləri yaradıcılığa və yeni təcrübələr əldə etməyə təşviq edən bu rəngin qarşıdakı mövsüm mağaza vitrinlərində tez-tez qarşımıza çıxacağını bildirib.

Gülnar Qafarlı

2019-cu ilin trend rəngi müəyyənləşib

2019-cu ildə bu rəng dəbdə olacaq