Martın 15-i saat 10:30-da Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş 12 ədəd türk musiqi alətinin təqdimat mərasimi keçiriləcək.

Open.az xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndələri iştirak edəcəklər..

Həmçinin tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının Azərbaycan və türk musiqisindən ibarət konsert proqramı ilə çıxışı nəzərdə tutulub.

Ülviyyə Həsənqızı