Bir neçə il öncə qızını ALS xəstəliyindən itirən ana bu xəstəliyə diqqət çəkmək üçün paraşütdən tullanıb.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Irene O'Shea adlı qadın 102 yaşında olmasına baxmayaraq, bu məsələdə qorxusuz olduğunu sübut edib.

Hadisə Avstraliyada baş verib. Bu, 1916-ci il təvəllüdlü qadının 2016-cı ildən bu yana 3-cü atlayışı olub.

O, paraşütdən tullanmaqla ALS xəstələri və xəstəliyi araşdıran təşkilatlar üçün ianə toplamağı düşünür.

Gülnar Qafarlı