Modern Amerika rəsm sənətinin ən tanınmış təmsilçilərindən biri, Afroamerikalı rəssam Helen LaFrance vəfat edib.

Open.az xəbər verir ki, 101 yaşında dünyasını dəyişən rəssamın əsərləri ABŞ və Avropanın ən məşhur muzeylərində qorunub saxlanılır.

Uzun ömür yaşayan mərhum rəssam yoxsul ailədə dünyaya gəlib və rəsm çəkməyə olan böyük sevgisi onu bu sənətə gətirib.

60 yaşına qədər müxtəlif xəstəxanalarda, tütün və seramik fabriklərində çalışan rəssam, ömrünün son 41 ilini rəsm çəkməyə həsr edib.

Ülviyyə Həsənqızı

101 yaşlı rəssam vəfat edib