Zərdab rayonunun Çallı və Məlikumudlu kəndlərini təbii qazla təmin edən 160 mm diametrində polietilen yeraltı orta təzyiqli qaz kəmərini qazıntı aparan təşkilatın texnikası ilə zədələyiblər.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən 246 abonentin qaz təchizatında fasilə yaranıb.