Yeni ili xaricdə, fərqli məkanlarda keçirmək istəyənlərin sayı hər il artır. Hər kəs Yeni ilə sayılı günlər qalmış bu gün üçün planlar hazırlayır.

Bəzi insanlar, bayramı yaşadıqları şəhərdə, digərləri isə müxtəlif ölkələrdə keçirmək niyyətindədirlər.

Open.az xəbər verir ki, Biletall.com hələ qərar verməyənlər üçün Yeni ildə gedə biləcəkləri ən ucuz ölkələrin siyahısını tərtib edib.

Siyahının ilk pilləsində Ukrayna qərarlaşıb. Səyahət üçün vizaya ehtiyac olmayan ölkələrdən olan Ukrayna Şərqi Mərkəzi Avropada strateji mövqeyə malikdir. Pul vahidi qrivnadır. Burada qiymətlər isə digər Avropa ölkələrinə nisbətən daha ucuzdur.

Yeni ildə gedə biləcəyiniz ən ucuz ölkələr - SİYAHI

Siyahıda Albaniya ikinci pillədə yer alıb. Balkan yarımadasının cənub-qərbində, Adriatik dənizinin sahillərində yerləşən ölkədir. Albaniya kiçik əhalisi sayəsində sıx istirahət sevməyənlər üçün yaxşı bir seçimdir.

Yeni ildə gedə biləcəyiniz ən ucuz ölkələr - SİYAHI

Gürcüstan siyahıda üçüncü sırada yer alıb. Gürcüstan, Qara dənizin şərq sahillərində, Şərqi Avropa ilə Qərbi Asiyanın kəsişməsində yerləşir. Dövlət dili gürcü dili və valyutası laridir. Hər il bir çoxları bura səfər edərək inanılmaz iqlim, dostcanlı yerli əhali və dadlı mətbəxinə heyran qalırlar.

Yeni ildə gedə biləcəyiniz ən ucuz ölkələr - SİYAHI

Siyahının 4-cü yerində Serbiya qərarlaşıb. Serbiyada serb dili rəsmi geniş yayılıb. Lakin ingilis dilindən də geniş istifadə edilir. Valyutası dinardır.

Yeni ildə gedə biləcəyiniz ən ucuz ölkələr - SİYAHI

Gülnar Qafarlı