Bakı sakininin evində qonaq olan yaponlar təmizkarlığı ilə ev sahibini şoka salıb.

Bu barədə Open.az-a ev sahibi Nizami Orucov məlumat verib.

O bildirib ki, son dörd gün ərazində iki yapon xanım qonağı olub: "Təsəvvür edin ki, insanlar bu gün evi tərk etmədən öncə məndən xəbərsiz qaldıqları otağı süpürüblər. Yataq dəstini çıxarıb, paltar yuyan maşınına atıblar. Bütün əşyaları mükəmməl şəkildə qatlayıb, səliqə ilə düzüblər.

Üstəlik, bütün marketlərdə hər birimizə məhsul ilə birlikdə verilən sadə paketlərin hamısını təkrar istifadə üçün üçbucaq şəklində qatlayıb, mənə qaytardılar.

Vətəndaşlarımızın bəzilərinin dünyanın ən gözəl ölkəsi olan Azərbaycanı zibilliyə çevirməyə davam etdikləri bir zamanda bunları görüb, mədəni şok keçirdim.

Gəlin doğma Vətənimizi təmiz saxlayaq. Eyni zamanda xaricdə də təmizkarlığa riayət edərək, özümüz haqqında xoş təəssüratlar yaradaq".

Şəfiqə Nazimqızı