Magistral kəmərdə aparılan təmir-bərpa işləri ilə əlaqədar sentyabrın 15-i gecə saatlarından etibarən 16 sentyabr gündüz saatlarınadək Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.

Bu barədə Open.az-a “Azərsu” ASC-dən məlumat verilib.

ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.