Bu gün Xırdalan şəhərinin bir hissəsində su olmayacaq.

Open.az bu barədə “Azərsu” ASC-yə istinadən xəbər verir.

Məlumata görə, yeni çəkilmiş içməli su şəbəkəsinin istismara verilməsi ilə əlaqədar bu gün gün ərzində Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.