Magistral su xətlərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar bu gün Bakının Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə Open.az-a “Azərsu” ASC-dən bildirilib.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.