Aprelin 16-da Sulutəpədə üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişov artıq evə buraxılıb.

Bu barədə Open.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Hüseynin vəziyyəti yaxşıdır və artıq evə buraxılıb: "Təyin olunan vaxtlarda o, xəstəxanaya gələcək və peyvənd vurulacaq”.

Qeyd edək ki, it quduz olduğu üçün uşağın üzünü parçalaladıqdan üç gün sonra ölüb.

Şəfiqə Nazimqızı