Son zamanlar koronavirusla bağlı yayılan məlumatlar hamımızda narahatlıq doğurur. Ətrafda eşitdikiləri, valideynlərinin duyduğu təşviş uşaqlara da təsir edir. Çünki onlar çox həssasdırlar. Bəs onlara bu barədə necə danışmaq olar ki, həm məlumat verib, həm də rahatlıqlarını təmin etmək mümkün olsun?

Open.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu barədə məlumat hazırlayıb. Məlumatda bildirilir ki, əsasən, əvvəlcə, onların bu barədə nə bildiklərini öyrənmək lazımdır.

Onlara suallar verin, söhbət edin. Əgər o bu məsələdən çox da narahat deyilsə və ya heç maraqlanmırsa, o zaman sadəcə qısa şəkildə anladığı dildə informasiya verə bilərsiniz və təmizlik qaydalarını izah edə bilərsiniz.

Uşaq koronavirusun nə olduğunu bilmək istəyirsə, ona sadə şəkildə bu virusun adi bir virus olduğunu və insan bədəninə daxil olduqda xəstəlik, halsızlıq yaratdığını, əlamətlərini izah edin. Virusların asqırıq və öskürəklə ətrafa yayılaraq sağlam insanları necə xəstə etdiyindən danışın. Bundan əlavə, mikrobların əllə yayıla bildiyini qeyd edərək, əlləri ağıza, üzə, gözə qəti şəkildə vurmamağın, tez-tez əl yumağın vacibliyini öyrədin.

Bütün bunları daha yaxşı anlaya bilməsi üçün immun sistemimizin necə işlədiyini, xəstəliklərlə necə mübarizə apardığını izah edə bilərsiniz. Söhbətinizin davamında bueşitdikləri barədə nə düşündükləri, bunların necə başverdiyi haqda suallar verin ki, hadisələri analiz etməyi öyrənsinlər.

Əgər uşaq özünün də yoluxacağından qorxursa, onların bu xəstəliyə nadir hallarda tutulduğunu və adi qrip kimiyüngül keçirdiklərini deyə bilərsiniz. Özlərini nəzarətdə saxlamağa, gün rejiminə riayət etməyə təşviq edin. Uşaq anlamalıdır ki, yaxşı yatıb yuxusunu alarsa, düzgün vəsağlıqlı qidalanarsa, təmizliyə riayət edərsə, ona heç birxəstəlik yoluxmaz. Deyilənlərə əməl etməyin daha sağlamvə güclü olmağa, xəstəliklərin digər insanlara yoluxmasının qarşısını almağa kömək etdiyini izah edin.

Əgər yaşlı inasanların daha tez yoluxduğundannarahatdısa, o zaman nənə-baba və yaşlı qohumlarladanışması üçün şərait yaradın.

Çalışın ehtiyac duyulandan artıq informasiya verməyin, sadəcə uşağın suallarını cavablandırın və özünü əmin, təhlükəsiz hiss etməsinə şərait yaradın.

Övladınız cavabını bilmədiyiniz sual verirsə, yaşına uyğunolaraq onu birlikdə axtramağı təklif edin. Etibarlı informasiya mənbələrindən (https://cabmin.gov.az/az/category/10/, https://www.who.int/ vəs.) məlumatları oxumağın yolunugöstərin və onları birlikdə oxuyun. Onlarla danışarkən, səsinizi sakit və pozitiv tonda saxlamağa çalışın. Söhbətinizlə onlara rahatlıq və əminlik verməlisiniz ki, narahat olmasınlar.

Uşaqlara həkimlərin və xəstəxanaların insanlarısağaltdığına, alimlərin vaksin hazırlamaq üçün tətqiqatlarapardığına, tezliklə vaksinin tapılacağına inandırın. Bu söhbətlər onlarda həyatda çətin, stressli zamanların birmüddət sonra keçəcəyinə və normal həyatın qayıdacağınainam yaradır, həyata qarşı davamiyyəti formalaşdırır.

Çalışın bu karantin dövründən ən faydalı şəkildə istifadəedəsiniz - övladlarınızla gözəl vaxt keçirin, maraqlısöhbətlər, pozitiv əyləncələr təşkil edin və mümkün qədər#EvdəQal -ın. Unutmayın ki, #BizBirlikdəGüclüyük!