Tanınmış oftalmoloq, Dr. Rəhimə Poluxova son zamanlar göz xəstəlikləri ilə bağlı uşaqların valdeyinlərinə ən çox ünvanladığı sualları cavablandırıb.

Open.az həmin sual və cavabları təqdim edir.

- Eynəyi daimi ya sadəcə uzağa baxanda taxmaq lazımdır?

- 40 yaşa kimi təyin olunan eynəklər daimi sayılır.

- Komyputerdə işləyərəkən qoruyucu eynəkdən istifadə edilməlidirmi?

- Hazırda istehsal olunan kompyuterlərin ekranları qoruyucu təbəqəli olur. Hər 20 dəqiqədən bir fasilə etmək lazımdır.

- Nəyə görə bəzi yaşca böyük insanlar eynək taxmırlar?

- 40 yaşdan sonra hər kəsdə yaxını görmə zəifləməyə başlayır. Əgər uzaq məsafəni görməkdə zəiflik varsa bu cür insanlarda yaxını görmə daha gec zəifləyir. Bəzən isə bəzi göz xəstəliklərində müvəqqəti olaraq yaxını görmə yaxşılaşır.

- Başqasının eynəyini taxanda göz zəifləyir?

- Yalnış eynək gözlərdə yorğunluq, baş ağrısı yarada bilər.

- Eynək nömrəsini az yazanda göz öyrəşir?

- Hər kəs gözünə ən uyğun nömrə eynək taxmalıdır. Nömrənin yüksək olması pasientləri narahat etməməlidir.

- Müalicə edəndə eynək taxmağa ehtiyac yaranırmı?

- Eynək ehtiyacı xəstəlik deyil, refraksion qüsurdur və müalicə yox, korreksiya olunmalıdır. Korreksiyanın 3 növü vardır. Eynək, kontakt linza və "excimer lazer" əməliyyatı.

- Gün ərzində eynəkdən neçə saat istifadə edilməlidir?

- Daimi təyin olunan eynəklər uşaqlarda səhər taxılıb yatanda çıxardılmalıdır. Böyüklərdə isə ehtiyac duyduğunda taxıla bilər.

- Eynəkdən davamlı istifadə etməyəndə görmə zəifləyir?

- Eynək taxılsa da, taxılmasa da zəifləməyə meyilliliyi olan insanlarda zəifləmə davam edəcəkdir.

- Eynəyi çıxartdıqdan sonra göz daha da zəifləyir?

- Yenicə enək taxan insanlarda beyin yaxşı görüntüyə öyrəşir və eynəyi çıxardan kimi görmənin zəiflədiyini hiss edir. Əslində əvvəlki görmə olduğu kimi qalır. Eynək korreksiyadır, taxdıqda yaxşı görmə olur, çıxardığınız zaman əvvəlki görmə qayıdır.

- Uşaqlarda getdikcə eynək nömrəsi artır. Necə etmək lazımdır ki, nömrələr dayansın?

- Bəzi eynək nömrələri (Miopiya) uşaq böyüdükcə, boyu necə artırsa göz ölçüləridə artır. Bu, təxminən 18-20 yaşlarda dayanır.

- Uşaq neçə yaşına kimi eynək taxmalıdır?

- Eynək ehtiyacı davam etdiyi müddətcə eynək taxılmalıdır. 18 yaşa kimi "excimer lazer" əməliyyatı məsləhət görülmür.Tanınmış oftalmoloq gündəm suallarına aydınlıq gətirdi