Suraxanı rayonunda həyata keçirilən infrastruktur layihələr arasında əhalinin içməli su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması, yolların təmir olunması ilə bağlı zəruri əhəmiyyət kəsb edən məsələlər xüsusi yer tutur.

Bakının qədim kəndlərindən olan Əmircan qəsəbəsində genişmiqyaslı təmir-bərpa və abadlıq işləri davam etdirilir, kommunikasiya xətləri müasir səviyyədə qurulur.

Qəsəbənin Bakıxanov, Üzeyir Hacıbəyov, Mehdi Hüseynzadə, Tahir Bağırov, Neftçi, Xanoğlan Bayramov, Mirzə Fətəli Axundov küçələrində müxtəlif diametrli 4 900 pm kanalizasiya və 5 000 pm su xətti xətti çəkilib, 1 300 mm 110 ədəd, 1 000 mm 160 ədəd müşahidə quyuları qoyulub və hazırda bu istiqamətdə işlər davam etdirilir. Su və kanalizasiya şəbəkələri qurulub yekunlaşdıqdan sonra küçələrə asfalt örtüyünün salınması nəzərdə tutulub.

İcra edilən layihə yaxın zamanda başa çatdıqdan sonra Əmircan qəsəbəsinin mövcud içməli su və kanalizasiya problemi tam olaraq öz həllini tapacaq.