Bakıda "Bravo" supermarketdən alınan yoqurt istifadə tarixinin bitməməsinə baxmayaraq xarab çıxıb.

Open.az xəbər verir ki, bu barədə şikayətçi müştəri məlumat verib.

Müştərinin sözlərinə görə, dünən alınan məhsulun istifadə müddətinin bitməsinə hələ 2 aydan çox müddət var: “Amma yoqurtu açdıqda bu mənzərə ilə qarşılaşdıq. Məhsul kiflənmişdi. Lakin kif onun üst təbəqəsində deyil, içində idi. Mütləq insanlar məhsul alarkən onun tarixinə baxmaqla kifayətlənməsinlər. Çox güman ki, saxlanma şəraiti düzgün olmayıb”.

Şəfiqə Nazimqızı