Bu gün Sumqayıt şəhərində yük avtomobili ilə yaşayış komplekslərindən birinə gedən yeraltı 160 mm diametrində olan polietilen qaz xəttinin metal hissəyə keçidini və siyirtməni qırıblar.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, yaxınlıqdakı yanğından mühafizə hissəsinin qaz kəməri üzərindəki avadanlıqlar da zədə alıb. Hazırda 350 abonentin və 3 müəssisənin qaz təchizatında müvəqqəti fasilə yaranıb.