Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315159 mm olan orta təzyiqli qaz xətlərində aparılacaq təmir işləri ilə bağlı Şamaxı rayonunun bir neçə kəndində qaz verilişində fasilələr olacaq.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bundan başqa, aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması üçün saat 14:00-dan etibarən Şəmkir rayonunun bir neçə yaşayış məntəqəsində müvəqqəti olaraq qaz təchizatı dayandırılacaq.