Bu gün saat 16:00-dan 18:00-dək iki saat müddətinə “Qaz İxrac” İdarəsinin balansında olan qaz ölçü qovşaqlarında quraşdırılmış mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni qurğularla əvəzlənməsi işləri aparılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Open.az-a verilən məlumata görə, bu müddət ərzində Şabran rayonunun mərkəzi və bir neçə kənddə qaz təchizatı dayandırılacaq.