Rusiya Federasiyasında (RF) sentiyabrın 9-da keçirilən seçkilərin nəticələrinə əsasən daha bir Azərbaycan diaspor lideri deputat seçildiyi müəyyənləşib. Open.az-ın əldə etdiyi məlumata görə, RF-nin Udmurtiya Respublikasının paytaxtı İjevsk şəhərində azərbaycanlıların “Dostluq" Cəmiyyətinin sədr müavini Bəhruz Hümbətov seçkilərdə qələbə qazanıb.

O İşevsk şəhər Dumasının deputatı seçilib.

Qeyd edək ki, Rusiyanın daha bir neçə vilayətində də Azərbaycan mənşəli namizədlər qələbə qazanıb.