“Azəriqaz” İstehsalat Birliyi (İB) respublikanın yaşayış məntəqələrinə istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqlarının yenidənqurulması istiqamətində 2020-ci ildə də genişmiqyaslı işləri davam etdirir. Bu məqsədlə noyabrın 16-da Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində qaz açılışı təmin edilib.

İB-dən Open.az-a bildirilib ki, açılışda Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, rayon ictimaiyyətinin nümayəndələri, qaz təsərrüfatının işçiləri, eləcə də qəsəbə sakinləri iştirak ediblər. Əvvəlcə bütün sakinlər Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Qələbə münasibətilə hamını təbrik ediblər. Abşeron rayonunun İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bu sevinci onlara yaşadan prezident İlham Əliyevə Qobu sakinləri və Abşeron rayonu sakinləri adından minnətdarlığını bildirib.

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev isə qeyd edib ki, ölkədə icra edilən qazlaşma layihələri Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir və qəbul olunan dövlət proqramları vaxtında reallaşdırılır.
Qeyd edək ki, qaz açılışına dair tədbir ölkədə koronavirus pandemiyasının yayılmasına dair tətbiq edilən karantin rejiminin tələbləri gözlənilməklə təşkil olunub.

Əlavə olaraq qeyd edək ki, Abşeron rayonunun Qobu qəsəbəsindəki yeni yaşayış massivində 1147 fərdi yaşayış evi qazlaşdırılıb. Ümumi uzunluğu 116 159 metr olan müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda regionlarda və Bakı şəhərində 2020-ci il üzrə qaz çəkilişləri aparılan 13 yaşayış məntəqəsində 1031 fərdi yaşayış evi, 27 yaşayış massivində 5675 fərdi yaşayış evi təbii qazla təmin edilib. 17 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə işlər tamamlanıb, qaz açılışına dair son prosedurlar icra edilməkdədir. 13 yaşayış məntəqəsi və 8 yaşayış massivində isə qazlaşdırma işləri davam etməkdədir.

Qobu qəsəbəsində mindən çox fərdi yaşayış evinə qaz verildi (FOTO) - Gallery Image

Qobu qəsəbəsində mindən çox fərdi yaşayış evinə qaz verildi (FOTO) - Gallery Image

Qobu qəsəbəsində mindən çox fərdi yaşayış evinə qaz verildi (FOTO) - Gallery Image

Qobu qəsəbəsində mindən çox fərdi yaşayış evinə qaz verildi (FOTO) - Gallery Image

Qobu qəsəbəsində mindən çox fərdi yaşayış evinə qaz verildi (FOTO) - Gallery Image