Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədovla Konor Makqreqorun döyüşünü şərh edib.

Open.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov Putinin döyüşün lent yazısına baxdığını bildirib: “O, gecə saatlarında döyüşə baxmayıb. Putin bu görüşün təkrarını izləyib. Əlbəttə ki, o, Həbibə azarkeşlik edir, onun fanatıdır”.

Xatırladaq ki, Nurməhəmmədov bazar günü Las-Veqasda keçirilən UFC çempionatında irlandiyalı samboçu Konor Makqreqora qalib gəlib və çempion titulunu qoruyub.

Gülnar Qafarlı