Bu gün Bakının Sabunçu rayonu keçmiş Hövsan südçülük sovxozunun ərazisində "Lələtəpə" adlandırılan məhəllədəki yeni massivə təbii qazın verilişi təmin olunub.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, 281 fərdi yaşayış evindən ibarət həmin ərazinin qazlaşdırılması üçün uzunluğu 11 652 metr olan müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Hər bir evə fərdi tənzimləyici və qaz sayğacı quraşdırılıb.