Mərdəkanda 300-ə yaxın sahibsiz it saxlayan Fərid Mansurov “Toplan - sahibsiz itlərə qayğı mərkəzi" barədə ittihamlar irəli sürüb.

Open.az xəbər verir ki, F. Mansurov mərkəzin işçilərinin itləri öldürdüyünü bildirib.

Onun sözlərinə görə, insanlar dünən gecə saat 12:30-da “Toplan - sahibsiz itlərə qayğı mərkəzindən təqdim edən şəxslər maşınla əraziyə gəldiyini bildiriblər. 9-cu mikrorayondakı itləri güllələyiblər: "Orda həmin itləri yemləyən qoca qadın güllə səsinə çıxıb görüb ki, itləri qanın içində qoyub qaçıblar. Qadında telefon olmadığına görə şəkllərini çəkə bilməyib. Səhər tezdən “jek”in işçiləri itlərin meyitini götürərək, zibil qutularına atıblar. Ayıq olun dostlar! Bu qayğı mərkəzi deyil. Bu mərkəz gözdən pərdə asmaq üçün açılıb. Həmin qatillərdir, sadəcə maşınları və geyimləri dəyişib”.

"Toplan - sahibsiz itlərə qayği mərkəzi" ilə əlaqə saxlamağa çalışsaq da, dəstəyi qaldıran olmadı.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Qeyd edək ki, bir müddət bundan öncə Xəzər rayon İcra Hakimiyyətin keçmiş başçısı Gülağa İslamovun iddiası əsasında Mərdəkanda 300-ə yaxın sahibsiz it saxlayan Fərid Mansurovla məhkəmə prosesi baş tutmuşdu.

Şəfiqə Nazimqızı