Müğənni Elnarə Xəlilova valideynlərə müraciət edərək onları konfet alarkən diqqətli olmağa çağırıb. Belə ki, sənətçi övladının sinif yoldaşının konfetdən zəhərləndiyini bildirib.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən AQTA-nın mətbuat xidmətinin rəhbəri Mansur Priyev bildirib ki, məlumat artıq mediyadan götürülərək qeydə alınıb: "Araşdırılması üçün aidiyyatı üzrə yönləndirilib. Vətəndaşlardan xahiş edirik ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal Agentliyin 1003 Qaynar xəttinə zəng edib ətraflı məlumatlar versinlər. Bu zaman plandankənar araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür".

Şəfiqə Nazimqızı