"Sosial şəbəkələrdə yumurta ilə bağlı yayılan fotonu araşdırdıq".

Bu sözləri Open.az-a OBA marketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elvin Babayev deyib.

Onun sözlərinə görə, Muğan quşçuluq fabrikinə məxsus yumurtalar marketlərimizə gündəlik gətirilir: "Foto paylaşılan günü Yasamal rayonunda yerləşən bütün marketlərə əməkdaşlarımız tərəfindən baxış keçirildi. Bütün yumurta qutuları və üzərindəki tarix yoxlanıldı. Lakin qeyd olunan halla qarşılaşmadıq. Müştəri ilə əlaqə saxladıq və müştərini marketə dəvət etdik. Müştəri aldığı bütün yumurtaları gətirdi. Lakin alınan yumurta kasetinin içində cəmi iki ədəd 15-i tarixli yumurta aşkarlandı. Düşünürük ki, bu çap xətasıdır və bu problem istehsal prosesində çalışan personalın diqqətsizliyindən qaynaqlanır. Müştərilərimizdən xahiş edirik ki, OBA marketlər şəbəkəsində hər hansı xoşagəlməz halla qarşılaşdıqları zaman whatsapp qaynar xəttimizə - 055 450 40 50 nömrələrinə yazıb məlumat vermələridir".

İstehsaldan bir gün əvvəl satışa çıxarılan yumurtalarla bağlı -  Açıqlama


Şəfiqə Nazimqızı