ABŞ-ın Sinsinnati Uşaq Xəstəxanası Tibbi Mərkəzinin alimləri nəqliyyatla əlaqəli şəhər havasının çirklənməsinin uşaqların və böyüklərin beyni üçün əsas təhlükələrdən biri olduğunu göstəriblər.

Open.az Rusiya mətbuatına istinadla xəbər verir ki, tədqiqatda 12 yaşlı 147 uşaq iştirak edib. Beyinin anatomik görüntülərini əldə etmək üçün onlara maqnit-rezonans tomoqrafiyası edilib. Uşaqlar Sinsinnati şəhərinin müxtəlif yerlərindəki havanın təsirinə məruz qalıb, alimlər isə şəhərin 27 yerindən analiz üçün nümunə götürüblər.

Mütəxəssislər çirklənmiş havanın beynin boz maddə və kortikal qatının azalmasına səbəb olduğunu müəyyən ediblər. Çirklənmə 3-4 faiz beynin boz maddəsinin itkisinə səbəb olur. Tədqiqatın nəticələri təsdiq edir ki, havanın çirklənməsi neyrodegenerativ xəstəlilərin inkişafına və əsəb şistəmi inkişafının pozulmasın gətirib çıxarır.

Nərgiz Malik