Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində iyunun 30-da və iyulun 7-də “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 249 mənzildən 224-nün alqı-satqısı uğurla başa çatdırılıb.

Bu barədə Open.az-a MİDA-dan məlumat verilib.

Mənzilə sahib olmuş vətəndaşlardan 22-si mənzili öz vəsaiti hesabına, 202-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.