"Hər yerdə elektrik təhcizatı tam təmin olunur".

Open.az xəbər verir ki, bu sözləri "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, külək səbəbindən ucqar dağ kəndlərində belə əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır: "Əlavə mal materiallar və texnikalar hazır vəziyyətə gətirilib. Hər hansı yerdə külək səbəbindən fasad yaranarsa, əməkdaşlarımız tərəfində aradan qaldırılacaq. Sakinlər məzillərin təhlükəsizliyi baxımından diqqəti olsunlar".

Şəfiqə Nazimqızı