Bi neçə gündür Gürcüstanda "donuz qripi"nin yayılması və xəstəlikdən 9 nəfərin dünyasını dəyişməsi barədə xəbərlər yayılır.

Həmin ölkədən Azərbaycana müxtəlif qida məhsulları idxal edililir.

İdxal məhsullarınınm təhlükəsizlik məsələsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən Open.az-ın sorğusuna cavab olaraq bildirilib ki, H1N1 virusunun (donuz qripi) qonşu ölkələrdə yayılması ilə bağlı BMT-nin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı müvafiq qaydada məlumat yayımlamayıb: "Eyni zamanda, Gürcüstan ilə sıx əməkdaşlığımız var və bu ölkədən xəstəlik barədə hər hansı məlumat daxil olmayıb. H1N1 virusunun yayılması təhlükəsi ilə bağlı məlumat daxil olarsa, Agentlik tərəfindən Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tələblərinə uyğun addımlar atılacaq".

Şəfiqə Nazimqızı