2019-cu ildə Azərbaycan Prezidentinin “Azəriqaz” İstehsalat Birliyi qarşısında qoyduğu ölkə ərazisinin qazlaşdırılmasının 96 faizə çatdırılması ilə bağlı hədəfə nail olmuşuq.

Open.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə ölkə ərazisində 39 min fərdi ev qazlaşdırılacaq: “Qazlaşdırma tamamilə dövlət hesabına və təmənnasız aparılır. 2020-ci ildə 785 km yeni qaz kəmərinin təmir olunmasını nəzərdə tuturuq”.

O bildirib ki, 2019-cu ildə 210 minə yaxın sayğac dəyişdirilib: “Abonentlərimizin sayı 2 milyon 262 min 242-yə çatıb. Onlardan 1 milyon 234 mini smart-sayğacdan istifadə edir. 2020-ci ildə isə 1 484 sayğac dəyişdirilməsi nəzərdə tutulub”. (report)