Gədəbəy rayonunun Novoivanovka kəndində orta təzyiqli daşıyıcı qaz xəttinin sazlama işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan bir qrup abonentin təbii qaz təchizatı dayandırılıb. Bundan başqa, Zərdab-Pirəzə istiqamətindəki qaz kəmərində qaz sızmalarının aradan qaldırılması üçün saat 10:15-dən etibarən Zərdab rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb.

Open.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.