Müxtəlif ölkələrdə satılan enerji içkilərinin tərkibi eyni olsa da, müxtəlif komponentlərin miqdarı dəyişkən ola bilir.

Open.az xəbər verir ki, bu sözləri Azərbaycanda ilk dəfə keçirilən energetik içkilərin insan orqanizminə təsiri ilə bağlı tədbirdə İstanbul texniki universitetinin professoru Beraat Özçelik deyib.

O bildirib ki, Türkiyədə satılan müxtəlif enerji içkilərinin tərkibi üzərində araşdırma aparılıb: “Ümumilikdə bütün enerji içkilərini birləşdirən əsas cəhət tərkibində olan kofein maddəsidir. Bundan başqa enerji içkilərinin tərkibində kofein ilə yanaşı, taurin, inositol, glukuronolakton, şəkər və B qrup vitaminləri mövcuddur. Bəzən kofein miqdarının insan orqanizminə zərərli ola biləcəyi istiqamətində fikirlər səsləndirilir. Lakin onunda nəzərə almaq lazımdır ki, kofein gündəlik istehlak etdiyimiz çay və qəhvələrinin də tərkibində var. Etiraf etmək lazımdır ki, gündəlik həyatımızda hər birimiz enerji içkilərindən fərqli olaraq kifayət qədər çay və qəhvə içirik. 2003 və 2017-ci ildə aparılan araşdırma zamanı gündəlik (5-6 stəkan) 400 ml kofein istehlakının insan orqanizmində heç bir xəstəlik yaratmadığı təsdiqlənmişdir. Bununla yanaşı uzun müddət enerji içkilərindən istifadə edən insanların gələcəkdə iflic ola bilmə ehtimalının olduğuna dair iddialar da öz təsdiqini tapmayıb. Belə ki, araşdırma zamanı nə iflic, nə də infarkt üçün risk faktoru deyil”.

Şəfiqə Nazimqızı