Kəsin hava şəraiti nəticəsində Daşkəsən rayonunu təmin edən elektrik təsərrüfatında problem yaranıb.

Open.az-ın məlumatına görə, hava şəraiti səbəbindən elektrik təsərrüfatında yaranmış problem səbəbindən Daşkəsən rayonunda elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Hazırda yaranmış problemin aradan qaldırılması istiqamətində işlər aparılır.