Bakı-Antalya-Bakı istiqamətində yeni J2 5025/5026 nömrəli yay çarter reyslərinə satış başlayıb.

Open.az xəbər verir ki, bu barədə "Buta Airways"in "İnstagram" hesabında məlumat yayılıb.

Uçuşlar Terminal 2-dən Embraer E-190 təyyarəsi ilə həyata keçiriləcək.

Aviabiletlərə 23 kq baqaj, 10 kq əl yükü və soyuq qəlyanaltılar daxildir.