O, həyat yoldaşına xəyanət edir. Elnarə Qafarova (ad və soyad dəyişilib) Open.az saytına müsahibəsində xəyanətin səbəblərindən danışıb.

- Niyə yoldaşına xəyanət edirsən?

- 18 yaşımda bibim məcbur elədi ki, sevmədiyim insanla ailə qurum. Rayonda yaşadığım zaman hər şey normal gedirdi. 3 uşağım dünyaya gəldi. Pis də yola getmirdik. Hər şey biz Bakıya köçəndə dəyişdi. Yoldaşım bütün günü işdə olurdu, mənə heç fikir vermirdi. Hər bir ehtiyacı təmin etməyə çalışıb, sadəcə mənim qadın ehtiyacımdan başqa. Mən sevgi və qayğı istəyirdim, o isə məni anlamayıb yorğunam deyib yatırdı. Mən onu əvvəldən sevmirdim, sonra lap söndüm.

- İlk dəfə bu necə baş verdi?

- Bakıda çox darıxırdın. Arada həyətə düşürdüm uşaqlarımla, elə bir qonşu xanımla rəfiqə oldum. O dul idi, bir övladı vardı. Bir gün yoldaşım rayona getmişdi. O, məni qonaq dəvət etdi və dostları ilə tanış elədi. Aralarında cavan polis çox yaraşıqlı görünürdü. Mən ona vuruldum. Biz onunla telefonla danışıb, yazışmağa başladıq. Elə arada rəfiqəmgildə görüşürdük. O məni həm sevdi, həm anladı. Ürəyim nə istəyirdi alırdı. Onunla özümü xoşbəxt qadın hiss edirdim.

- Bəs indi vəziyyət necədir?

- Təəssüf olsun ki, 2 il öncə ayrıldıq, o evləndi. Ondan sonra olanları sevməmişəm elə. Sadəcə ehtiyaclarımı ödəmək üçün onlarla görüşürəm. Mən axı cavanam, əylənmək, sevilmək istəyirəm.

- Siz niyə boşanıb azad olmaq istəmirsiniz?

- Mən ailəmi dağıtmaq istəmirəm, övladlarımı atasız niyə qoyum ki? Istəmirəm ki, rayondakılar desin gedib qayıdıb.

- Bu ikili həyatın nə qədər davam edəcəyini düşünürsünüz?

- Hələ heç nə bilmirəm. Sadəcə bunu elə edirəm ki, nə uşaqlar, nə də yoldaşım bilsin.

Nərgiz Malik