Bu gün səhər saat 09:00-dan 18:00-dək “Xoşçobanlı” və “Qaraqaşlı” daşıyıcı qaz kəmərləri üzərində qaz tənzimləyici qurğuların quraşdırılması ilə bağlı İmişli rayonunun bir neçə kəndində qaz təminatında fasilələr olacaq.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-dan isə qaz sızmalarının ləğvi, qaz xətlərinin mənbəyə birləşdirilməsi işlərinə görə Sabunçu və Samux rayonlarının bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.