Bu gün səhər saatlarından İmişli rayonunun kəndlərini təbii qazla təmin edən diametri 315 mm olan yeraltı polietilen orta təzyiqli qaz kəmərində bəzi sazlama işlərinə başlanılıb.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, işlər başa çatanadək İmişli və Saatlı rayonlarının bir hissəsində müvəqqəti olaraq qaz təchizatı dayandırılıb.