Bu gün saat 10:00-dan Şamaxı rayonunun mərkəzində və 1 qəsəbəsində, Sumqayıt şəhərinin Kimyaçılar və Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə, saat 14:30-dan isə Ağstafa rayonunun bir hissəsində qaz təchizatı dayandırılacaq.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, buna səbəb yeni çəkilmiş qaz kəmərlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmasının ləğvi, eləcə də qaz xətlərində təmir-sazlama işlərinin aparılmasıdır.