Bu gün Bakının Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılacaq.

Bu barədə Open.az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, buna səbəb rayonun ərazisində su xəttində baş vermiş qəzanın aradan qaldırılmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.