Oktyabrın 22-də saat 10:00-dan “Qaz İxrac” İdarəsi “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 43-cü km-də yerüstü kanal keçidində aşkar olunmuş qaz sızmalarının ləğvi işlərinə start verir.

"Azəriqaz" İstehsalat Birliyindən Open.az-a verilən məlumata görə, Bərdə və Tərtər rayonlarının bir qrup abonenti bu müddətdə qazı fasilələrlə alacaq.

Xocasən qəsəbəsi ərazisində müxtəlif diametrli yeni çəkilmiş polietilen orta təzyiqli qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işlərinə başlanılır. Bu zaman Binəqədi rayonu, Sulutəpə və Xocəsən qəsəbələrində oktyabrın 22-də saat 10:00-dan etibarən qaz təminatında fasilələr müşahidə olunacaq. Şəmkirdə isə həmin saatlarda qaz xətləri üzərində 3 ədəd tənzimləyici qurğu quraşdırılacaq. İşlərin icrası rayonun bir neçə yaşayış məntəqəsində qaz təchizatının müvəqqəti olaraq dayandırılmasına zərurət yaradıb.