Martın 29-da saat 15:50 radələrində "Qaz İxrac" İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

“Azəriqaz”dan Open.az-a verilən məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.