Bu gün saat-11.00-dan 15.00-dək Qaradağ rayonu Müşviqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşviq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Open.az-a verilən məlumata görə, fasilənin yaranması 110 kV-luq Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.