Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun iki yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

Bu barədə Open.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu zaman Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.