Bu gün səhər saat 09:00-dan Biləsuvar, Ağstafa və Qax rayonlarının ərazisində qaz xətti üzərində quraşdırılmış qurğuların yeri dəyişdiriləcək, yeni qaz tənzimləyicisi quraşdırılacaq, aşkarlanan qaz sızmaları aradan qaldırılacaq.

Bu barədə Open.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bununla bağlı təmir işlərinin aparılmasına şərait yaradılması məqsədi ilə qeyd edilən rayonların bir hissəsində qaz təchizatında fasilələr müşahidə ediləcək.