Türkiyənin Ərzurum şəhərində yaşayan Serap Demir adlı qız boyunun 2 metr olmasına görə ögey atası tərəfindən evdən qovulub.

Open.az türk mətbuatına istinadən xəbər verir ki, xəstəxanada məskunlaşan Demir rəsmilərdən kömək istəyib.

Serap Demirin yaşı artdıqca boyu daha da uzanmağa başlayıb. 24 yaşında boyu 2 metrə çatıb. Qız ögey atası tərəfindən boyunun çox uzun olduğu səbəbilə evdən qovulub.

24 yaşlı Demir doğma atasının həbsxanada olmasına görə küçədə, bəzi hallarda xəstəxanada məskunlaşmağa məcbur olub: "Çölə çıxanda insanlar boyuma gülürlər. İzdihamlı yerlərə çıxmıram. Bayırda insanlar mənə güldükcə əsəbim pozulur. Atam həbsxanaya girəndə anam başqasıyla evləndi, ögey atam da məni evdən qovdu. Bu boyla mənə heç kim iş vermir. Gecələr xəstəxana künclərində yatıram. Təəssüf ki, heç kim mənə yardım etmir".

Gülnar Qafarlı