Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Biləsuvar rayonunun Ağayrı kəndində azot gübrəsinin güzəştli şərtlərlə satışını həyata keçirib.

Bu barədə Open.az-a nazirlikdən bildirilib.

Məlumata görə, satışdan bütün ətraf kəndlər yararlanıb. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yararlanaraq mineral gübrə əldə ediblər. Ümumilikdə 16 kənd üzrə 94 vətəndaş müraciət edib, onlardan 57-nə 40,1 ton ammonium nitrat gübrəsi satılıb.

Xatırladaq ki, sabah Saatlı rayonunun Çolpı kəndində mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı keçiriləcək.