Bərdə şəhərində atılan körpələrinin anasının Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanova olduğu barədə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən Kəmərli kənd bələdiyyə sədri Cahangir Orucov bildirib ki, kəndin Yeganə Osmanova adlı bir nəfər sakini olub və atasının adı Nemət yox, Məhəmmədir: “Ola bilsin ki, ata adını səhv veriblər. Həmin qadın 2008-ci ildən kəndi tərk edib. "Düzgün" yolda olmadığı üçün kənddən çıxıb. Ata-anası da ondan imtina edib və maraqlanmır. Ailəli deyildi. Sonradan bəlkə gedib ailə qurub, bilmirik. Yəni 2008-ci ildən kəndlə əlaqəsi yoxdur. Sizdən qabaq icra nümayəndəliyindən zəng etmişdilər. Ona görə biz də maraqlandıq”.

Şəfiqə Nazimqızı