Kolumbiyanın Barranquilla şəhəri görünməmiş bir hadisəyə şahid olub.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, Jairo Vargas adlı bir şəxs həyat yoldaşına xəyanət edərkən yaxalanıb.

Əsəbləşən xanımından üzr istəyən və nə istəyirsə edəcəyini bildirən ər heç gözləmədiyi tələblə qarşı-qarşıya qalıb.

Onu aldatdığı üçün "dəli"yə dönən qadın ərini soyundurub və avtomobilinin üstünə çıxararaq, bütün şəhəri çılpaq gəzdirib.

Onu videoya çəkənləri görən Vargas, üzünü dəsmal ilə örtmək məcburiyyətində qalıb. Ətrafdakı piyada və avtomobillərin sürücüləri gördükləri mənzərə qarşısında təəccüblərini gizlədə bilməyiblər. Evliliyini xilas etmək istəyən ər qısa müddətdə sosial şəbəkədə fenomen halına gəlib.

Hadisə yerinə polis gəlib. Vargas saxlanılıb, həm ona, həm də arvadına pul cəzası verilib.

Gülnar Qafarlı


Belə intiqam görülməyib: Ona xəyanət edən ərini soyundurub... - VİDEO